Ecazkar musiqisi və dərin fəlsəfəsi ilə milyonların qəlbini fəth edən muğam

 

 

Özbəkistanın Şəhrisəbz şəhərində keçirilən beynəlxalq muğam sənəti forumunda ölkəmiz də təmsil olunur

Sentyabrın 6-da Özbəkistan Respublikasının Şəhrisəbz şəhərində I Beynəlxalq muğam (makom) sənəti forumu işə başlayıb. Müxtəlif ölkələrdən rəsmi şəxslərin, muğam sənəti tədqiqatçıları və ifaçıların qatıldığı tədbirdə Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edir.

Heyətə Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri səfir Anar Kərimov, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Mədəniyyət Nazirliyinin Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin sektor müdiri Tamerlan Axundov, eləcə də ölkəmizin sənətşünas alimləri, musiqiçiləri daxildir.

UNESCO-nun himayəsi altında keçirilən beynəlxalq forumun təşkilatçısı Özbəkistan Mədəniyyət Nazirliyidir. Özbəkistan Prezidentinin fərmanı ilə özbək milli incəsənətinin və muğamın gələcək inkişafı üzrə tədbirlərə əsasən təşkil edilən forumun ənənəvi olaraq iki ildən bir keçirilməsi nəzərdə tutulub.

Forumun Şəhrisəbz şəhərinin Oksaray meydanında keçirilən açılış mərasimində iştirak edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev müxtəlif ölkələrin nümayəndə heyətlərinin rəhbərlərinə yaxınlaşaraq onlarla salamlaşıb.

Dövlət başçısı mərasimdəki nitqində fəxri qonaqları adbaad qeyd edərək Rusiya Prezidentinin müşaviri Vladimir Tolstoy, Qırğız Respublikası Prezidentinin müşaviri Sultanbay Rayev, Qazaxıstanın mədəniyyət və idman naziri Şamsiddin Omurbekzoda, Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev və digər ölkələrin mədəniyyət sahəsi üzrə məsul şəxslərini, xarici ölkələrin səfirlərini salamlayıb. O, Özbəkistana dəstək verərək bu tədbirdə iştirak etdiklərinə görə onlara minnətdarlıq ifadə edib. “Biz sizin timsalınızda sülh elçilərini, bizim xalqın əsl dostlarını görürük”, - deyə Şavkat Mirziyoyev vurğulayıb.

Prezident diqqətə çatdırıb ki, forumda 73 ölkədən 300-dək nümayəndə – müğənni və musiqiçilər, mədəniyyət və incəsənət xadimləri, tanınmış musiqişünas alimlər iştirak edirlər. Sənət bayramının əhəmiyyətindən bəhs edən dövlət başçısı deyib: Bu gün Şəhrisəbzin mavi günbəzləri altında səslənən, dərin fəlsəfəsi və ecazkar musiqisi ilə bütün dünyada milyonlarla insanın qəlbini fəth edən muğam bir çox xalqların mədəniyyətinin ayrılmaz tərkib hissəsidir”.

Qeyd edək ki, hələ sovet dönəmində Özbəkistanın Səmərqənd şəhərində muğam simpoziumları keçirilirdi. Sonralar bu tədbirlər “Şərq təranələri” adlı beynəlxalq festivala çevrildiburada təkcə muğam deyil, musiqinin müxtəlif janrları təmsil edilməyə başlandı. Səmərqənd festivalına dünyanın 50-60 ölkəsindən musiqiçilər qatılır. İndi isə Özbəkistanın digər bir qədim şəhəri muğama həsr edilən ilk beynəlxalq foruma ev sahibliyi edir.

Forum muğam sənətinin nadir nümunələrinin geniş təbliğinə, onun qorunmasına və inkişafına imkan yaradacaq. Bununla yanaşı, tədbir xalqlar arasında qardaşlıq və dostluq əlaqələrinin möhkəmləndirilməsinə, beynəlxalq miqyasda yaradıcılıq əməkdaşlığının, mədəni-mənəvi əlaqələrin genişləndirilməsinə yönəldilib.

Sentyabrın 10-dək davam edəcək forum çərçivəsində “Makom musiqi sənəti və onun dünya sivilizasiyasındakı yerimövzusunda elmi-praktik konfrans, habelə yerlixarici ifaçıların solo konsertləri, musiqi alətləri, geyim, təsviri sənət, audiovideo disk, kitab, alboms. ibarət sərgilərin keçirilməsi planlaşdırılır.

Forumda azərbaycanlı alimlərin də məruzələri dinləniləcək. Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru, professor Lalə Hüseynova “Azərbaycan muğamı bu gün: ifainterpretasiya məsələləri”, Milli Konservatoriyanın dosenti Fəxrəddin Baxşəliyev “Şərq muğam sistemində temperasiya məsələləri” mövzusunda çıxış edəcək.

Müsabiqədə ölkəmizi xanəndələr Nigar ŞabanovaAbgül Mirzəliyev təmsil edir. Musiqiçilər Əməkdar artist Sahib Paşazadənin rəhbərlik etdiyiMuğaminstrumental qrupunun müşayiəti ilə çıxış edəcəklər.

 

Mədəniyyət.- 2018.- 7 sentyabr.- S.3.