Unudulan sözlər yaşadılsın...”

 

Folklor İnstitutunun iştirakı ilə beynəlxalq konfrans təşkil olunacaq

Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təmsilçisi Selma Köseoğlu AMEA Folklor İnstitutunun qonağı olub.

Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov qonağa başçılıq etdiyi qurumun tarixi, elmi tədqiqat istiqamətləri, həyata keçirdiyi layihələr haqqında bilgi verib.

S.Köseoğlu Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçiriləcək “Unudulan sözlər yaşadılsın: “Divani lüğat-it türk” beynəlxalq konfransına AMEA Folklor İnstitutunun da təşkilatçı tərəf kimi qoşulmasını təklif edib. Konfransın sentyabrın 14-də Bakıda keçirilməsi qərarlaşdırılıb.

Görüşdə institutun Xarici əlaqələr bölməsinin müdiri Əli Şamil və həmin bölmənin  elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aynur Qəzənfərqızı da iştirak edib.

Sonda S.Köseoğlu akademik M.İmanova təmsil etdiyi təşkilat adından hədiyyə təqdim edib.

S.QALİBOĞLU

 

Mədəniyyət.- 2018.- 7 sentyabr.- S.10.