Ölkəmiz daha bir söz-sənət festivalına ev sahibliyi edəcək

 

 

Söz sərrafları və musiqi biliciləri dahi Nəsiminin poeziya işığına toplaşacaqlar

Xəbər verdiyimiz kimi, sentyabrın 27-dən 30-dək ölkəmizdə Nəsimi – şeir, incəsənət və mənəviyyat festivalı keçiriləcək. Azərbaycandan və müxtəlif ölkələrdən söz sərrafları və musiqi biliciləri böyük mütəfəkkir şairin poeziyasının işığına toplaşacaqlar.

Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə gerçəkləşəcək festivalın əlaqələndiricisi, Əməkdar incəsənət xadimi Cahangir Səlimxanov AZƏRTAC-ın müxbiri ilə söhbətində tədbir barədə fikirlərini bölüşüb.

 

Festivalın ideyası Leyla Əliyevaya məxsusdur

 

Cahangir Səlimxanov deyib ki, filosof ruhlu şairin adını daşıyan festivalın cəmiyyətə verəcəyi mesaj çoxşaxəlidir. Festivalın ideya müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır.

Böyük Azərbaycan şairi və mütəfəkkiri, anadilli Azərbaycan poeziyasının banilərindən biri olan İmadəddin Nəsiminin adını daşıyan festivala 4 aydan çox müddətdə hazırlaşdıqlarını söyləyən C.Səlimxanov qeyd edib ki, Nəsimi sufiliyin hürufi qolunun fəlsəfəsini təbliğ edən lirikmistik şeirlərin müəllifidir. Onun poeziyasının əsas mövzuları İnsan, Kainat, Məhəbbət və İlahidir. Nəsimi yaradıcılığı sufi-hürufi fəlsəfəsini məcazi mənada və alleqorik formada təbliğ etməklə, insanın dünyakainatla vəhdətini göstərir, ruhun kamilləşməsinə aparan yolları izah edir. Şair əsərlərində ilahi məhəbbətdən ilham alaraq, özünüilahini dərk etmiş, ruhən yüksəlmiş bəşər övladını tərənnüm edir. 2017-ci ildə Parisdə UNESCO-nun baş qərargahında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə şair və mütəfəkkir İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.

 

Simadan asimana

 

Festivalda İmadəddin Nəsiminin bir şəxsiyyət, poetik düha kimi dünyagörüşü tərənnüm ediləcək. Festival təkcə keçmişə yox, həm də gələcəyə ünvanlanıb. Nəsimi - şeir, incəsənət və mənəviyyat festivalında məzmunca çox fərqli tədbirlər gözlənilir. Festivalın iki şüarı var – “Simadan asimana” və “Zərrə mənəm, günəş mənəm”.

C.Səlimxanov deyib ki, şeir bayramında Nəsiminin özü, şeriyyəti ilə bağlı bir neçə tədbir keçiriləcək. Onlardan biri İçərişəhərdə olacaq. Bu, bir neçə kiçik tədbirlərdən ibarət “Şövq məqamları” adlı layihədir. İçərişəhərdə müxtəlif məkanlarda hər kəs Nəsimi poeziyası ilə rastlaşacaq. Bunun üçün müasir texnologiyanın imkanlarından istifadə ediləcək. Mobil tətbiq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən hazırlanacaq.

Bundan başqa, Yazıçılar Birliyinin nəzdində fəaliyyət göstərən “Xəzər” poeziya birliyi ilə birgə şairlər tərəfindən Nəsiminin qəzəllərinə, nəzirələrin, təxmislərin yazılması nəzərdə tutulub. Vaxtilə belə ənənə vardı və bu bir növ bərpa edilir. Yaxud Səlim Babullaoğlunun şeirlərini qrafik işi kimi təqdim edəcək “Vizual poeziya” layihəsi var. Gənc şairə Nərminə Məmmədzadə də videolayihə hazırlayıb.

 

Nəsiminin doğma yurdunda

 

Festival günlərində filosof şairin dünyaya göz açdığı qədim Şamaxı şəhərinin tarixi yerləri ziyarət olunacaq və Nəsiminin heykəli önündə tədbir keçiriləcək. Şamaxı Tarix-Diyarşünaslıq Muzeyinin yeni ekspozisiyasının açılışı olacaq. Leyla Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən XVII əsr Avropa səyyahlarının nadir, orijinal qravürləri tapılaraq ölkəmizə gətirilib. Şamaxının 1681-1696-cı illərə aid olanüç ayrı-ayrı müəllifə məxsus təsvirləri Fond tərəfindən muzeyə hədiyyə olunacaq.

Sonra Şamaxı rayonunun Meysəri kəndində “Söz” layihəsi çərçivəsində Nəsimiyə həsr edilmiş şeir müsabiqəsi finalçılarının şeirləri səsləndiriləcək və muğam ifaçıları çıxış edəcək.

Həmçinin burada Fransanın “Les Gardiens du Silence” (“Sükutun keşikçiləri”) musiqi qrupu konsert proqramı ilə çıxış edəcək.

AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında isə “Ulduzlar önündə” adlı musiqi proqramı təqdim olunacaq.

 

Paytaxtda zəngin proqram

 

Festivalın Bakıdakı proqramı da zəngindir. Azərbaycan Xalça Muzeyinin kolleksiyasına yeni daxil olunan qədim xalçalar nümayiş etdiriləcək. Heydər Əliyev Mərkəzində Mixael HessininNəsimi dühası müasir kontekstlərdəmövzusunda mühazirəsi dinləniləcək, müxtəlif ölkələri təmsil edən rəssamların “Live Life”, “Hürufiyyə”, “77 milyon rəsmadlı sərgiləri açılacaq. ADA Universitetində müəllim tələbələrlə görüş keçiriləcək. Kamera Orqan Musiqisi Zalında  Silsiləmusiqi layihəsi təqdim olunacaq.

Qala qoruğundaAçılan divar” Urban/Community” art layihəsində müxtəlif ölkələrdən rəssamlar divar üzərində rəsmlər çəkəcəklər. BuradaDaşda həkk olunmuş musiqiTullantıdan sənətəadlı incəsənət simpoziumları, həmçinin İçərişəhər ərazisindəQız qalasıİncəsənət festivalı,  Heydər Əliyev Mərkəzində bədii yoqa məşğələsi, Azərbaycan Marionet Teatrında Urban Nomad Mixesin poeziya tamaşası, Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzindəİmmolitiopyes oxunuşu (müəllifi Leyla Bəyim), Şirvanşahlar sarayının qarşısındakı meydançadaYeddi gündənadlı canlı yayımlanan tamaşa digər tədbirlər keçiriləcək.

FestivalaSöz” layihəsi çərçivəsində Nəsimiyə həsr olunmuş şeir müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi ilə yekun vurulacaq.

 

Mədəniyyət.- 2018.- 7 sentyabr.- S.9.