Kazanda ənənəvi beynəlxalq kinofestival keçirilir
Azərbaycanlı rejissor festivalınmünsiflər
heyətində yer alıb
Rusiya Federasiyası
Tatarıstan Respublikasının
paytaxtında XIV Kazan Beynəlxalq
Müsəlman Kinosu Festivalı keçirilir.
Sentyabrın 10-dək davam edəcək festivala rekord sayda – 56 ölkədən
967 müraciət olub. Müvafiq seçimdən
sonra müsabiqə proqramına 65 film daxil edilib. “Tammetrajlı bədii filmlər”, “Qısametrajlı bədii
filmlər”, “Tammetrajlı
sənədli filmlər”,
“Qısametrajlı sənədli
filmlər”, “Gənc Rusiya” nominasiyaları üzrə 10 film, “Milli müsabiqə” nominasiyasında
isə 15 film iştirak
edir.
Festivalın münsiflər heyətinin
rəhbəri türkmənistanlı
aktrisa, SSRİ Xalq artisti Maya Aymedovadır. Münsiflər heyətinin tərkibinə
azərbaycanlı rejissor,
Xalq artisti Oqtay Mirqasımov da daxildir.
Xatırladaq ki, Kazan Beynəlxalq Müsəlman Kinosu Festivalı Tatarıstan paytaxtında 2005-ci
ildən keçirilir. Festivalın devizi “Mədəniyyətlərin dialoqundan dialoq mədəniyyətinə”dir.
Mədəniyyət.- 2018.- 7
sentyabr.- S.13.