Nəsiminin türkcə divanının əlyazma surəti Bakıya gətirilib

 

 

 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu direktorunun elmi işlər üzrə müavini, filologiya elmləri doktoru Paşa Kərimov Tehranın Mulis kitabxanasından böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadilli divanının – lirik şeirlər toplusunun yeni əlyazma nüsxəsinin surətini əldə edərək Bakıya gətirib.

İnstitutdan bildirilib ki, Nəsiminin türkcə divanının əlyazması 140 vərəqdən ibarətdir. Nəstəliq xətti ilə köçürülmüş bu nüsxədə şairin “Nəsimi” təxəllüsü ilə yanaşı, “Hüsuyil”, “Seyyid” təxəllüsü ilə yazdığı şeirləri də var.

 

Mədəniyyət.- 2018.- 12 sentyabr.- S.15.