Xaçmazda “Ana dili müəllimi” abidəsi
Xaçmaz şəhərində Çənlibel
istirahət parkında
“Ana dili müəllimi”
abidə kompleksi inşa edilib.
Dörd
metr hündürlüyündəki
heykəlin arxasındakı
kitab şəkilli pannoda ümummilli lider Heydər Əliyevin “Mən dünyada müəllimdən
yüksək ad tanımıram”
və “Ana dili xalqın milli sərvətidir” kimi təhsillə bağlı
söylədiyi məşhur
sitatlar yer alıb.
Abidənin ətrafında isə Azərbaycanın 38 görkəmli
yazıçı və
şairinin kitablarının
qranitdən hazırlanmış
təsvirləri yerləşdirilib.
Yeni qurulmuş
abidə kompleksi xüsusi
işıqlandırma sistemi ilə təmin
olunub.
Mədəniyyət.- 2018.- 12 sentyabr.-
S.11.