Cümhuriyyətin 100 illiyinə həsr olunmuş layihə
“İrəli” İctimai Birliyi sentyabrın 8-də Lənkəranda Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “SAY: Support of Azerbaijan Youth” hərəkatı adı altında “SAY: Cümhuriyyət” layihəsinin icrasına başlayıb.
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan layihənin məqsədi ölkəmizdə könüllülük ideyalarının aşılanması, gənclərdə humanizm, tolerantlıq prinsiplərinin formalaşdırılması, sağlam həyat tərzinin təbliği, Azərbaycan mədəniyyəti və Azərbaycan həqiqətlərinin dünya miqyasında tanınmasında onların fəal iştirakını təmin etməkdir.
Layihənin açılış mərasimində çıxış edən “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov və şəhər Gənclər və idman idarəsinin rəisi Yalçın Əhmədov ölkəmizdə gənclər siyasətinin icrası istiqamətində görülən işlərdən danışaraq layihə iştirakçılarına uğurlar arzulayıblar.
Qeyd olunub ki, “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər planına müvafiq olaraq bu cür layihələr Quba, Gəncə, İsmayıllı, Oğuz və Balakəndə icra olunub.
Layihə çərçivəsində 18-25
yaşlı gənclər (40 oğlan və
40 qız) Lənkəran şəhərində düşərgə
şəraitində müxtəlif fiziki və
simulyasiya oyunlarında, müzakirələrdə
iştirak edəcəklər.
Mədəniyyət.- 2018.- 12 sentyabr.-
S.11.