Anadolu günlərifestivalındaAzərbaycan evimaraqla ziyarət olunub

 

 

 

Ankaranın Etiməsqut Bələdiyyəsinin təşkilatçılığı ilə ənənəviAnadolu günləriMədəniyyət sənət festivalı keçirilib. Beynəlxalq festival çərçivəsində təşkil edilənAzərbaycan gecəsi”nə böyük maraq göstərilib, tədbirə on minlərlə yerli sakin qatılıb.

Festival keçirildiyi 15 il ərzində bu qəbildən olan tədbirlər arasında böyük nüfuz qazanıb. Türkiyənin müxtəlif bölgələri ilə yanaşı, türkdilli ölkələr xalqlar da festival çərçivəsində öz mədəniyyətlərini nümayiş etdirirlər. On gün davam edən festivalın bağlanış mərasimiAzərbaycan gecəsi”nə təsadüf edib.

Minlərlə insanın qatıldığı gecənin iştirakçıları festival meydanında yaradılanAzərbaycan evi”ndə ölkəmizlə bağlı kitablarla tanış olublar.

Tədbirdə çıxış edən Etiməsqut Bələdiyyəsinin sədri Ənvər Dəmirəl Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim bu cür tədbirlərin iki ölkə arasındakı qardaşlıq əlaqələrinin daha da inkişaf etməsinə mühüm töhfə verdiyini bildiriblər.

Daha sonra Ankaranın Etiməsqut rayonu ilə qardaşlaşmış Azərbaycanın Şirvan şəhərinin nümayəndələri tədbirin təşkilatçılarına xatirə hədiyyələri təqdim ediblər.

Azərbaycandan gələn incəsənət ustalarının təqdim etdikləri milli rəqslər, eləcə də bir-birindən gözəl xalq və bəstəkar mahnıları tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb. Türk tarixinin ən şanlı səhifələrini əks etdirən maraqlı kompozisiyalarla davam edən gecə tanınmış estrada ulduzu Murad Bozun çıxışı ilə yekunlaşıb.

 

Mədəniyyət.- 2018.- 12 sentyabr.- S.7.