Al da
yaraşır, şal
da...
Ölkəmizdə vaxtilə toxunmuş parçaların
şöhrəti yaxın-uzaq
diyarlara yayılıb
Toxuculuq xalqımızın köklü
ənənələri olan
qədim sənət sahələrindən biridir. Tarixən rəngarəng
naxışlı parçalar
bədii-estetik düşüncənin
inkişafında mühüm
rol oynamaqla yanaşı, dövrün
sənətkarlıq mənzərəsini
də özündə
yaşadıb. Parçaların
istehsalında əsasən
üç naxış
üsulundan istifadə
olunur: toxuma naxış, basma naxış və tikmə naxış. İndi isə bir sıra
parçaların xüsusiyyətlərinə
nəzər salaq.
Tafta – bu parça ipəkdən toxunur, saya və
naxışlı olur. Sapının zərif tovluluğu, sıxlığı, naxışlarının
sadəliyi və rəng harmoniyasının
ifadəli həlli ilə digər növ parçalardan fərqlənir. Azərbaycanın milli toxumalarından olan tafta hələ
XV-XVII əsrlərdə Avropa
və Rusiyada böyük şöhrət
qazanmışdı.
Qanovuz parçasının sap sıxlığı
taftaya nisbətən çoxdur. Onun əriş sapları
tovlu olur. Rəngləri də sarı-yaşıl,
qara-qırmızı, göy-qırmızı
olur və üzərinə işıq
düşəndə bərq
vuraraq müxtəlif rəng çaları yaranır. Qanovuz parçaları rəng çalarına görə,
xalq arasında “şahı”, “cənnəti”,
“gecə-gündüz”, “səhər-axşam”
kimi adlarla tanınıb. Sapının keyfiyyətindən asılı olaraq, iki cür (əsl
qanovuz və xam qanovuz) toxunub.
Əsl qanovuz əbrişim ipəyindən hasil edilib. Üz örtüyü şəffaf, elastik və zərif olub. Xam qanovuz isə
ipək qarışığından
hazırlandığına görə üz örtüyü qeyri-şəffaf
olur. Bu parça
xalq arasında “kasıb qanovuzu” adı ilə də tanınıb.
Darayı kətan qrupuna aiddir. Sıx toxunuşlu, sapı
tovlu, bişmiş baramadan (gəci) toxunan, üzü qeyri-şəffaf qədim
xalq toxumasıdır.
Kətan
qrupuna aid toxumalar kimi darayı da arşınnüma və ədədi toxunub. XIX əsrdə
bu toxumanın hər iki növü
Şamaxı, Gəncə
və Şuşada geniş yayılıb.
Darayı toxumalar zolaqlı,
həm də dama-dama naxışlı olur. Bu parçalardan
əsasən qadın
paltarlarında geniş
istifadə olunub.
Bunu Aşıq Ələsgərin
“Başında Herat kəlağayı,
Hər paltarı darayıdır” misralarından
da görmək olar.
Nov – kətan hörüklü
parçadır. Həm saya,
həm də zolaqlı və dama-dama naxışlı olur. Sap sıxlığı
tafta toxumaya nisbətən seyrəkdir.
Burada soyuq rənglərə nisbətən isti rənglər üstünlük
təşkil edir.
Parçanın yerliyi əsasən
qırmızı rəngli,
enli zolaqlardan ibarət olur. Zərif toxunuşu, rəng əlvanlığı
ilə fərqlənən
nov parçalar
xalq məişətində,
xüsusilə toy və
bayramlarda daha çox istifadə olunub.
Cecim dekorativ
toxuma olub yun, pambıq və ipək liflərdən hazırlanır. Qalın, davamlı,
möhkəm və ağır qırçınlı
olur. Azərbaycanın əsasən aran
və qismən dağətəyi bölgələrində
(Ağcabədi, Cəbrayıl,
Ağdam, Bərdə,
Ordubad) – ipəkçiliyin
daha çox inkişaf etdiyi yerlərdə istehsal olunub.
Alaca – xalq arasında “al”, “ala”, “alışan”
adı ilə tanınıb. Əsasən yundan və
ipəkdən toxunub.
Kətan
hörüklü, sıx
toxunuşlu, möhkəm
və davamlı qədim toxumadır.
Bu parça Azərbaycanda
hələ VI-IX əsrlərdə
toxunub. “Kitabi-Dədə Qorqud”da alaca parçadan yorğanüzündə istifadə
edildiyi bildirilir.
XVI-XVII əsrlərdə yaşamış bir çox aşıqların
qoşmalarında azərbaycanlı
qadınların alaca parçadan paltar geydiyinə rast gəlinir. Sarı Aşıq qoşmalarının
birində deyir:
Geyibsən alacanı,
Tər saxla alacanı.
Yarın
ala gözləri
Az qala ala canı...
Tətinlik – məişətdə geniş
istifadə olunan bu parça da yun, ipək
və iplikdən toxunub. Müxtəlif rəngli zolaq
və mil-mil naxışları
olub. Yer hanasında toxunan
cecimi parçadır.
Alaca parçadan seyrək toxunuşu, nisbətən
eni mil və zolaqları ilə fərqlənir. XIX əsrdə
tətinlik yerli istehsal kimi Gəncə
və Şuşa
qəzalarının toxuculuq
sənayesində xüsusi
yer tutub.
Xasqırmızı parça əsasən Gəncədə istehsalı
olunub. Tünd-qırmızı
yerlikdə sarı, yaşıl, göy, ağ, qara
mil və zolaqlara malik olur. Bu parçadan kişi
və qadınlar üst köynəyi tikdirərmiş.
Ümumiyyətlə, XIX-XX əsrlərdə Azərbaycanda
toxuma naxış parçaların bəzi texniki-dekorativ xüsusiyyətləri
bir sıra xalqların kustar toxumalarının bədii
tərtibatında müşahidə
olunub. Bu oxşarlıq
xalqların yaxınlığı,
qarşılıqlı mədəni-ticarət
əlaqələri ilə
bağlı olub.
Savalan FƏRƏCOV
Mədəniyyət.- 2018.- 12 sentyabr.-
S.10.