Növbəti qısa filmlər festivalına
“Start” verilir
Noyabrın 14-dən 17-dək
Bakıda IX “Start” Beynəlxalq
Qısa Filmlər Festivalı keçiriləcək. Artıq ekran
əsərlərinin qəbuluna
başlanılıb.
“Sinema” Gənc Kinematoqrafçılar Mərkəzinin
təsis etdiyi festivala Mədəniyyət,
Gənclər və İdman nazirlikləri dəstək göstərir.
Filmlər iki əsas – beynəlxalq və yerli müsabiqə proqramlarında, eyni zamanda ilk dəfə keçirilən “Cinemobil”
adlı mobil filmlərin müsabiqəsində
yarışacaq.
Yerli müsabiqəyə
yalnız Azərbaycan
Respublikasının vətəndaşı
olan gənclər film
göndərə bilər. Beynəlxalq müsabiqədə
əcnəbi müəlliflərlə
yanaşı, yerli rejissorlar da iştirak etmək hüququna malikdir.
35 yaşa qədər
olan rejissorlar oktyabrın 5-dək bədii,
sənədli, cizgi və eksperimental filmlərini müsabiqə
bölmələrinə təqdim
edə bilərlər. Müsabiqəyə
2017–2018-ci illərdə istehsal
olunmuş, xronometrajı
35 dəqiqədən çox
olmayan ekran işləri qəbul edilir. Beynəlxalq müsabiqəyə filmlər ingilis dilində subtitrlə və ya səsli
tərcümə ilə
göndərilməlidir.
“Cinemobil” müsabiqəsinə
yalnız mobil telefonla çəkilən
filmlər qatılacaq. Bundan başqa,
festival kinematoqrafçılara ideyalarını reallaşdırmağa
kömək məqsədilə
ilk dəfə “Pitçinq”
(kino layihələrinə
maliyyəçi tapmaq
üçün təqdimatların
keçirilməsi) elan
edir.
Festivalın əsas nominasiyalarından
əlavə yerli müsabiqədə “Ən
yaxşı prodüser”,
“Ən yaxşı rejissor”, “Ən yaxşı ssenari”, “Ən yaxşı operator”
nominasiyaları da yer alır.
Qeyd edək
ki, bu ildən
etibarən festivalın
qaliblərinə “Qızıl
nar” mükafatı təqdim olunacaq. Filmləri yerli
və xarici mütəxəssislərdən ibarət peşəkar kino xadimləri qiymətləndirəcək.
Müsabiqədə iştirak
etmək istəyənlər qaydalar və
şərtlərlə www.filmfestival.az
saytından tanış ola bilərlər.
Mədəniyyət.- 2018.- 12 sentyabr.-
S.12.