“Alovun
gücü” Nyu-York podiumunda
Moda həftəsində həmyerlimizin
kolleksiyası nümayiş
olunub
Azərbaycanlı dizayner Rüfət İsmayıl Nyu-York Moda həftəsi çərçivəsində “Power of Fire”
(“Alovun gücü”) adlı yeni kolleksiyasını təqdim
edib.
Moda həftəsi
ərzində dünya
şöhrətli dizaynerlərin
kolleksiyaları “Spring Studio” və Nyu-Yorkun digər moda məkanlarında nümayiş
etdirilir. Ralf Loren, Oskar de la Renta,
Vivyen Vestvud kimi dizaynerlərin kolleksiyalarının nümayişi
də Rüfət İsmayılla bir gündə (7 sentyabr) keçirilib.
“Power of Fire” 2019-cu ilin yaz-yay mövsümü kolleksiyasıdır. Yarımqiymətli daşlarla və
mürəkkəb tikmə
ilə işlənmiş
kolleksiyaya 30 paltar daxildir. Onların ərsəyə gəlməsində təqribən
40 nəfər çalışıb.
Rüfət İsmayılın “Afffair”
brendinin defilesinin rəsmi olaraq Nyu-York Moda həftəsinin
cədvəlinə daxil
edilməsi Azərbaycanın
moda tarixində bir ilkdir. Onun əsas modeli qismində azərbaycanlı
model Günay Musayeva çıxış edib.
Nyu-York Moda həftəsi London, Paris və Milan moda həftələri
ilə birlikdə “Böyük dörd” adlanan və
dünyanın dörd ən əsas moda nümayişindən biridir.
İldə iki dəfə keçirilir:
fevralda payız-qış, sentyabrda isə yaz-yay
trendləri nümayiş etdirilir.
Rüfət İsmayıl son illər
Türkiyədə yaşayır və işləyir. 2012-ci
ildə o, “Afffair” moda brendinin əsasını
qoyub. Dizaynerin
kolleksiyaları İtaliya, İran,
Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri
və digər ölkələrdə müvəffəqiyyətlə
nümayiş etdirilib.
Dizayn etdiyi kostyumlara görə, o,
“Türkiyənin ən yaxşı dizayneri”
adına və Fashion TV tərəfindən
“Avropada 2018-ci ilin ən
yaxşı dizayneri” adına layiq görülüb.
Mədəniyyət.- 2018.- 12 sentyabr.-
S.16.