Tərcüməçilərə sertifikatlar təqdim olunub
Azərbaycan Tərcümə Mərkəzinin ölkədə dil və tərcümə işinin təkmilləşdirilməsi, peşəkar mütəxəssislərin müəyyən edilməsi istiqamətində keçirdiyi növbəti seçim turları başa çatıb.
Sentyabrın 11-də turlardan ictimai-siyasi, elmi-texniki, maliyyə, iqtisadiyyat, tibb, hüquq və digər sahələr üzrə uğurla keçmiş tərcüməçilərə sertifikatlar təqdim olunub.
Mərkəzin tərcümə
və nəşr məsələləri üzrə baş redaktoru, seçim turlarının rəhbəri Vilayət
Hacıyev imtahan mərhələlərindən
uğurla keçmiş
və sertifikatlara sahib
olmuş mütəxəssislərə dair informasiyaların mərkəzin məlumat
bazasında yerləşdiriləcəyini qeyd edib. “Məlumat
bazası, əsasən, dövlət qurumlarında həyata
keçirilən yazışmaların, rəsmi sənədlərin,
eləcə də digər mətn və materialların tərtibi
və tərcüməsinə cəlb oluna
biləcək dil və tərcümə
mütəxəssislərinin müəyyən edilməsi
məqsədini daşıyır. Düşünürük
ki, bu irimiqyaslı
layihə ölkənin dil və tərcümə
sahəsində nizam yaradacaq,
onun inkişafına əsaslı təkan
verəcək”, - deyə o bildirib.
Mədəniyyət.- 2018.- 12 sentyabr.-
S.4.