“Qu gölü”ndə Odetta və Matilda
Çinarə Əlizadə Varşavada səhnəyə
çıxacaq
Sentyabrın 21-dən 27-dək
Varşava Böyük
Teatrı və Milli Operasında rus bəstəkarı Pyotr Çaykovskinin “Qu gölü” baleti nümayiş etdiriləcək.
Sentyabrın 21-də və 25-də səhnə əsərində Odetta obrazını Azərbaycanın Əməkdar artisti Çinarə Əlizadə ifa edəcək. O, sentyabrın 23-də və 27-də Matilda rolunda səhnəyə çıxacaq.
Çinarə Əlizadə Moskvada
doğulub. O, Natalya
Nesterevanın Rəqs Akademiyasında və Moskva
Dövlət Xoreoqrafiya Akademiyasında təhsil
alıb. A.Adanın “Jizel”, L.Minkusun
“Bayaderka”, “Don Kixot”, P.Çaykovskinin “Şelkunçik”, “Yatmış gözəl”,
S.Prokofyevin “Zoluşka”,
D.Şostakoviçin “Qızıl əsr”
və digər səhnə əsərlərində yaddaqalan obrazlar yaradıb.
2016-cı ildən Polşa Milli Baletinin birinci solistidir.
Mədəniyyət.- 2018.- 12 sentyabr.-
S.6.