Xalq yazıçısı Elçinin pyesinin Londonda böyük uğuru

 

 

“Cəhənnəm sakinləri” əsəri əsasında “Gecəyarısı” adlı müzikl tamaşaya qoyulub

 

Xalq yazıçısı Elçinin pyesləri respublikamızın sərhədlərini aşaraq xarici ölkə teatrlarında da uğurla tamaşaya qoyulur və artıq “Elçin teatrı” estetik məfhumu yalnız Azərbaycanda deyil, çağdaş dünya sənətşünaslığında geniş yayılmaqdadır. Bu gün onun pyesləri Nyu-York, London, İstanbul, Roma, Moskva, Ankara, Sankt-Peterburq, Seulbaşqa böyük şəhərlərin teatr səhnələrində tamaşaya qoyulur, sənətsevərlər tərəfindən hərarətlə qarşılanır.

Xalq yazıçısının məşhur “Cəhənnəm sakinləri” pyesinin də səhnə həyatı uğurlu olub, əsər bir çox ölkələrdə tamaşaya qoyulub. Böyük Britaniyanın tanınmış bəstəkarı Laurence Mark Vayt “Cəhənnəm sakinləri” pyesi əsasında möhtəşəm müzikl yazıb.

Sentyabrın 5-də Londonun Union Teatrında “Cəhənnəm sakinləri” (“Gecəyarısı”) müziklinin premyerası olubtamaşa böyük uğur qazanıb. İngiltərə tamaşaçıları azərbaycanlı dramaturqun 1937-ci il repressiyaları ilə bağlı fəlsəfi-psixoloji pyesini də, müziklin musiqisinimaraq və rəğbətlə qarşılayaraq yaradıcı heyəti uzun müddət alqışlayıblar. Premyeradan sonra tamaşa hər gün göstərilməkdədir.

Tamaşanın quruluşçu rejissoru Kate Golledğe, dirijoru Harry Raden-Brovn, musiqi parçalarındakı sözləri nəzmlə işləyən Timoti Knapman, xoreoqrafı Chris Cuminq, səhnə və kostyum dizayneri lliot Squire, işıq dizayneri Fridthjofur Thsteinssondur. Əsas rolları Solin Burnicle (Kişi), Norma Butikofer (Qadın) Leon Scott (Qonaq) ifa edirlər.

Qeyd edək ki, “Cəhənnəm sakinləri” Azərbaycan dramaturqlarının əsərləri əsasında xaricdə bəstələnmiş ilk müzikld

 

Mədəniyyət.- 2018.- 12 sentyabr.- S.6.