Bakının bolşevik-daşnak
işğalından azad olunmasının
100 illiyi ilə bağlı sərgi
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Bakının bolşevik-daşnak işğalından azad olunmasının və Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı elan edilməsinin 100 illiyi ilə bağlı sərgi açılıb.
Sərgidə kitabxananın fondlarında mühafizə edilən “Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu”, “Nuru paşa”, “Azərbaycan-Türkiyə münasibətləri”, “Qafqazın imdadına çatan türkün könül nəğmələri”, “Qafqaz İslam Ordusu Azərbaycanda”, “1926-cı il I Bakı Türkoloji Qurultayı”, “Bakı qəhrəman şəhərdir”, “Bakı İslam mədəniyyətinin paytaxtıdır”, “Bakı – tarixin səhifələri”, “Bakının memarlıq ensiklopediyası”, “Bakı simfoniyası” və s. kitablar nümayiş olunur.
Sərgilənən nəşrlər kitabxananın elektron kataloqunda qeyd olunaraq “Milli Rəqəmsal Yaddaş” bazasında yerləşdirilib.
Sərgi sentyabrın 30-dək davam
edəcək.
Mədəniyyət.- 2018.- 12 sentyabr.-
S.3.