Tək nüsxədə olan
kitabların sərgisi
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin Mərkəzi kitabxanasında maraqlı sərgi açılıb.
Sərgi oxucuları Azərbaycanda tək nüsxədə olan kitablarla tanış etmək və həmin kitablardan daha rahat istifadə məqsədi daşıyır. Sərgidə ensiklopedik məlumat kitabları, dərsliklər, müxtəlif uşaq ədəbiyyatı, ensiklopediyalar, lüğətlər olmaqla 50-dən çox nəşr nümayiş edilir.
Sərgidə nümayiş
olunan hər bir kitab haqqında annotasiyalar
yazılıb və kitabxananın veb-saytında yerləşdirilib.
Həmçinin kitablarla
virtual formada tanış
olmaq üçün
imkan da yaradılıb. Sərgi bir
ay davam edəcək.
Mədəniyyət.-
2018.- 14 sentyabr.- S.7.