Aygün Vəkilovanın 60 illiyinə həsr olunmuş xatirə gecəsi

 

 

Sentyabrın 12-də Səməd Vurğunun ev-muzeyində böyük şairin nəvəsi, muzeyin keçmiş direktoru, mərhum Aygün Vəkilovanın 60 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib.

Gecədə muzeyin direktoru Nüşabə Babayeva-Vəkilova, baş mühafiz X.Şadlinskaya, Xalq artisti Ülviyyə Hacıbəyova, AMEA-nın Ədəbiyyat İnstitutunun elmi işçisi Nəzakət Qafqazlı, şair Qardaşxan, Dürdanə Vəkilova, Abdulla Şaiqin ev-muzeyinin direktoru Ülkər Talıbzadə, sinif yoldaşı Həqiqət Dadaşova Aygün xanım haqqında xatirələrini bölüşüblər.

Aygün Vəkilovanın oğlu, Prezident təqaüdçüsü Vurğun Vəkilov, Prezident təqaüdçüsü Nicat Məsimov musiqi nömrələri ilə çıxış ediblər.

Aygün xanımın həyatını əks etdirən videoçarx və sözləri Aygün Vəkilovaya, musiqisi Ülviyyə Hacıbəyovaya aid olan “Tənhalıqda qalmalyam” mahnısı səsləndirilib.

 

Mədəniyyət.- 2018.- 14 sentyabr.- S.4.