Məşhur kulinariya portalında Azərbaycan plovunun resepti

 

 

 

Dünyanın məşhur “tasty.com” kulinariya internet portalının latviyalı redaktoru Yolanta Roze dünya plovları barədə məqalə hazırlayıb.

Doqquz müxtəlif plovun yer aldığı məqalədə yeganə düzgün resept kimi Azərbaycan plovu göstərilib.

Əgər bir qazan ləzzətli plov bişirsəniz azı iki gün dincələ bilərsiniz. Çünki ailəniz bu dadlı yeməyi yeməkdən doymayacaq. Hər kəsin ideal plov anlayışı var: kimsə yalnız özbək plovunu tanıyır, digəri üçün yeganə düzgün resept Azərbaycan plovudur”, - deyə məqalədə vurğulanır.

Məqalədə Azərbaycan mətbəxinin ləziz nümunələrindən olanturşu-qovurma plovun hazırlanma qaydası da göstərilib.

 

Mədəniyyət.- 2018.- 14 sentyabr.- S.16.