XX əsr
Çin tarixinə həsr olunmuş seminar keçirilib
Azərbaycan Dillər Universitetinin
(ADU) nəzdində fəaliyyət
göstərən Konfutsi
İnstitutunda II Dünya
müharibəsinin başa
çatmasının 73-cü ildönümünə həsr
olunmuş “XX əsr Çin tarixi” mövzusunda elmi seminar keçirilib. Tədbirdə Çinin Azərbaycandakı
səfirliyinin hərbi
attaşesi Çjan Tsunqo iştirak edib.
Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov XX əsrin birinci yarısında Çində
baş verən hərbi-siyasi hadisələrdən,
Çin xalqının
müstəqillik uğrunda
mübarizəsindən danışıb,
eyni zamanda II Dünya müharibəsi barədə söz açıb, Azərbaycan
xalqının faşizm
üzərində qələbəyə
böyük töhfələr
verdiyi diqqətə çatdırılıb.
Seminarda Uzaq Şərqdə II Dünya müharibəsi dövründə baş verən hərbi əməliyyatlarda iştirak
etmiş veteranlar xatirələrini söyləyiblər.
Sonra Azərbaycan
Respublikası Silahlı
Qüvvələri Hərbi
Akademiyasının professoru
Nurulla Əliyevin “II Dünya müharibəsində
Asiya-Sakit okean regionunun hərbi-strateji əhəmiyyəti” mövzusunda
məruzəsi dinlənilib.
O, II Dünya müharibəsindən
bəhs edən kitablar barədə məlumat verib.
ADU-nun müəllimləri Çin xalqının milli azadlıq mübarizəsinin əsas
mərhələləri, müharibənin
son mərhələsində Çində hərbi-siyasi
vəziyyət barədə
danışıblar.
Sonda Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş
və Arzu Əliyevanın baş
prodüseri olduğu
“Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu”
sənədli filmi nümayiş
olunub.
Mədəniyyət.-
2018.- 14 sentyabr.- S.13.