Milli musiqi günü münasibətilə
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin G.Şaroyev adına 35 nömrəli Musiqi məktəbinin məzun və şagirdlərinin iştirakı ilə sentyabrın 12-də dahi bəstəkar Üzeyir Hacıbəylinin ev-muzeyində konsert keçirilib.
18 sentyabr – Milli
musiqi gününə həsr edilmiş konserti məktəbin
fortepiano şöbəsinin müəllimi Dürdanə Axundova hazırlayıb. Konsertdə
Elen İmamyarlı, Sübhan
Rüstəmli, Emil İsmayılov, Gülnaz Eldarlı, Səbinə Eldarlı, Rəhimə
Əhmədova, Süsən Kərimli və Səmra Həsənli
Üzeyir Hacıbəylinin, Müslüm Maqomayevin, Niyazinin, Vasif Adıgözəlovun
və Sərdar Fərəcovun “Prelüd
və vals” əsərlərini ifa ediblər.
Mədəniyyət.-
2018.- 14 sentyabr.- S.6.