Unlimited” – hər kəs üçün hüdudsuz incəsənət

 

Ölkəmiz Böyük Britaniyada simpoziumda təmsil olunub

 

Böyük Britaniyanın London şəhərində “Unlimited” simpoziumu keçirilib. “British Council”un proqramı çərçivəsində 2-6 sentyabr tarixində Londonun “Unicorn” teatrında təşkil olunan tədbirdə Mədəniyyət Nazirliyinin Teatr sektorunun müdiri Şaiq Səfərov iştirak edib.

Simpoziumda incəsənət, bərabərlik, münasibətlər gələcək mövzular müzakirə olunub. İkigünlük müzakirə debatlardan sonra simpozium öz işini “Unlimited” festivalı ilə davam etdirib.

Simpoziumun hədəf auditoriyası Böyük Britaniyada beynəlxalq səviyyədə mədəniyyət sektorunun müxtəlif perspektivlərinə nəzər salmaq real dəyişikliklər üçün ideyalarını gerçəkləşdirmək istəyən mütəxəssislərdir.

Məlumat üçün bildirək ki, “unlimited” – incəsənət əlillik sahəsində həyata keçirilən proqramdır etnik mənsubiyyətindən, fiziki imkanlarından asılı olmayaraq, böyük arzuları olan insanlara heç bir məhdudiyyətin qoyulmaması ideyasına əsaslanır. Hazırda bu proqram üzrə seminarlar, maarifləndirici forumlar s. təşkil olunur. Məqsəd cəmiyyətin bütün təbəqələrinin rifahının təmin edilməsində incəsənət mədəniyyətin aparıcı rol oynamasını nümayiş etdirməkdir.

Proqram çərçivəsində 2013-cü ildə Londonda fəaliyyət göstərən, məhdud imkanlı sağlamlıq imkanları normal olan rəqqaslardan ibarətCandocorəqs ansamblı Bakıya səfər edib. Səfər müddətində “Shape Art” incəsənət təşkilatının aparıcı təlimatçısı Barbara Lisiçki Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Dövlət Rus Dram Teatrında məhdud imkanlı insanlar üçün yaradılan şəraitlə tanış olub. B.Lisiçki həmçinin Azərbaycanın teatr mütəxəssislərinə teatrların hər kəs üçün əlçatan olması mövzusunda seminar keçib. Forum-teatr üzrə ekspert Kerin Çepmen isə Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin (ADMİU) tələbələri üçün interaktiv teatr metodları mövzusunda seminar təşkil edib.

Bu ilin fevral mart aylarında “British Council Azərbaycantəşkilatı tərəfindən ADMİU, Təhsil Nazirliyi Sabah Qrupu ilə birlikdə Kerin Çepmen DOM teatrının təsisçisi rejissoru Tərlan Rəsulovun rəhbərliyi ilə interaktiv teatr texnikalarına əsaslanan layihə həyata keçirilib. Layihə üzrəBir günəş altındapyesi Bakının müxtəlif səhnələrində Azərbaycan dilində nümayiş olunub. Eşitmə qabiliyyəti məhdud olan rəqqaslardan ibarət “Deaf Men Dancing” rəqs ansamblı  isə açıq səma altında “Ten” adlı yeni rəqs tamaşası ilə çıxış edib.

Qeyd edək ki, “British Council Azərbaycan” “Unlimited” proqramı üzrə Mədəniyyət Nazirliyi ilə silsilə tədbirlər təşkil edəcək. Noyabr ayında “Shape Art” təşkilatından nümayəndələrin Mədəniyyət Nazirliyinin tabeliyindəki mədəniyyət ocaqlarına məsləhət səfəri nəzərdə tutulur.

 

LALƏ

 

Mədəniyyət.- 2018.- 14 sentyabr.- S.8.