Xalq Cümhuriyyətinin və dahi bəstəkarın 100 illiyi ilə bağlı Xorvatiyada konsert keçirilib

 

 

 

Xorvatiya Musiqi İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi və görkəmli bəstəkarımız Qara Qarayevin anadan olmasının 100 illiyi münasibətilə klassik musiqi konserti keçirilib.

Konsert ölkəmizin Xorvatiyadakı səfirliyinin və Xorvatiya-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşıb.

İştirakçıları salamlayan Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov belə tədbirlərin iki ölkə arasında mədəni münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Prezident İlham Əliyevin bir neçə gün öncə bu ölkəyə rəsmi səfərini xatırladan diplomat səfər zamanı 2018-ci, 2019-cu və 2020-ci illər üzrə mədəni əməkdaşlığa dair proqramın imzalandığını qonaqların diqqətinə çatdırıb.

Səfir Azərbaycan ilə Xorvatiya arasında çox fəal siyasi dialoqun mövcud olduğunu, ikitərəfli münasibətlərin yüksələn xətlə inkişaf etdiyini bildirib.

Sonra konsert proqramı təqdim olunub.

Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu Xorvatiya Radio-Televiziyası simfonik orkestrinin müşayiəti ilə keçirilən konsertin solisti Xalq artisti, professor, pianoçu Fərhad Bədəlbəyli olub.

Proqramda Qara QarayevinYeddi gözəl”, “İldırımlı yollarlabaletlərindən parçalar, Fikrət Əmirov, Tofiq Quliyev, Fərhad Bədəlbəyli Vaqif Mustafazadənin əsərləri səslənib tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb. Tədbir iştirakçılarına ziyafət verilib, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş kitab jurnallar təqdim edilib.

Tədbirdə Xorvatiyanın dövlət və ictimai xadimləri, Zaqrebdə fəaliyyət göstərən diplomatik korpusun təmsilçiləri, qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

 

Mədəniyyət.- 2018.- 14 sentyabr.- S.3.