Malatya
film festivalı fəaliyyətini
genişləndirir
Festival beynəlxalq
platformanın ilk sazişini
Azərbaycanla imzalayıb
9-15 noyabr tarixində
keçiriləcək 8-ci Malatya Beynəlxalq Film Festivalına
200-dək ekran əsəri
təqdim olunub. Festival Malatya Böyük şəhər
Bələdiyyəsi, Türkiyənin
Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyi ilə reallaşacaq. Əsas müsabiqə
proqramına daxil ediləcək 20 ekran əsərindən 5-nə mükafat
veriləcək.
Festival növbəti illərdə
planlaşdırdığı platformanın ilk sazişini
isə Azərbaycanla imzalayıb.
Platformanın təqdimatı və müqavilənin imzalanması
məqsədilə Malatya şəhərində
mətbuat konfransı
keçirilib. Konfransda Malatya Böyük şəhər
Bələdiyyəsinin sədri
Hacı Uğur Polad, festivalın direktoru Suat Köçər, C.Cabbarlı
adına “Azərbaycanfilm”
kinostudiyasının direktoru
Müşfiq Hətəmov,
tanınmış rejissor
Elçin Musaoğlu iştirak ediblər.
Festivalın direktoru Suat Köçər Türkiyə-Azərbaycan
əməkdaşlığı və Malatya
Beynəlxalq Film Platforması haqqında məlumat
verib. “Azərbaycanfilm”in direktoru
Müşfiq Hətəmov Türkiyə
ilə kino sahəsində birgə əməkdaşlıqdan
məmnun olduğunu deyərək bu platformanın mövcud
sahədə daha da
yaxşı əməkdaşlıq üçün
zəmin yaratdığını bildirib.
Mədəniyyət.- 2018.- 19 sentyabr.- S.16.