Nobel muzeyində Azərbaycanla
bağlı guşə olacaq
İsveç-Azərbaycan Dərnəyinin rəhbəri Sevda Dadaşova Stokholm şəhərində yerləşən Nobel muzeyinin müdiri Olov Amelin ilə görüşüb. Görüşdə Nobel qardaşlarının Azərbaycanda yaşadığı illərdə ölkəmizdəki fəaliyyəti, bu böyük şəxslərdən qalan irs, Bakı neftinin Nobel qardaşlarının həyatındakı rolu barədə danışılıb.
Olov Amelin deyib ki, muzeyin ərazisi kiçik olduğundan buradakı eksponatlar sırf Alfred Nobelin həyatına və yaradıcılığına həsr olunub. Lakin yaxın gələcəkdə muzeyin ərazisi böyüdüləcək, daha ətraflı məlumat verən eksponatlar təqdim ediləcək.
Yeni muzeydə həmçinin
Azərbaycanda fəal şəkildə
çalışmış Lüdviq və
Robert Nobel
qardaşlarının həyat və
yaradıcılıqları, Bakı neftinin
Nobel qardaşlarının həyatlarında
rolu ilə bağlı sərgi yaratmağa imkanımız olacaq.
O, Nobel muzeyində Robert
və Lüdviq qardaşlarının Azərbaycanda
yaşadıqları zamana aid
sərgi keçirməyi təklif edib.
Mədəniyyət.- 2018.- 19 sentyabr.- S.16.