Astaralı gənc rəssamların əl işləri Yaponiyada sərgilənəcək

 

 

 

Astara Dövlət Rəsm Qalereyası nəzdində fəaliyyət göstərən rəssamlıq kursunun yetirmələrinin əl işləri 2019-cu ilin yanvar ayında Yaponiyanın Kanagava şəhərində keçiriləcək XX Dünya Uşaq İncəsənət Sərgisində nümayiş etdiriləcək.

Qalereyanın direktoru Naibə Mustafayeva bildirib ki, sərgidə 100 ölkədən 6-15 yaşlı istedadlı uşaqların rəsmləri nümayiş olunacaq.

Astaradan 19 gəncin əl işlərinin beynəlxalq sərgiyə göndəriləcəyini deyən N.Mustafayeva rəsmlərin əsas mövzusunu Azərbaycanın milli adət-ənənələri, müxtəlif mənzərələr, əhalinin həyat tərzi, xalq nağılları və digər mövzular təşkil etdiyini bildirib.

Ötən il Kanagava şəhərində keçirilən beynəlxalq sərgidə Astaranın 17 gənc rəssamının əl işləri nümayiş etdirilib. Sərgidə fəal iştirakına görə qalereya təşəkkürnamə ilə mükafatlandırılıb. Gənc rəssam Dəniz Baxşıyev isə 2014-cü ildə Yaponiyada keçirilən incəsənət sərgisində “Pambıqyığan” əsərinə görə gümüş mükafata layiq görülüb.

 

Mədəniyyət.- 2018.- 19 sentyabr.- S.13.