100 illik münasibətilə
konsert proqramı
Sentyabrın 15-də Heydər Əliyev Mərkəzinin parkında Bakının azad edilməsinin 100 illiyi münasibətilə konsert proqramı keçirilib.
Konsertdə Azərbaycanın estrada müğənniləri və musiqi qrupları, həmçinin Türkiyənin məşhur “Anadolu atəşi” rəqs qrupu çıxış edib.
Konsertdə Vətənə, Bakıya sevgini, Azərbaycan-Türkiyə qardaşlığını vəsf edən, eləcə də populyar mahnılar təqdim olunub.
Xalq artistləri Aygün Kazımova, Eyyub Yaqubov, əməkdar artistlər Lalə Məmmədova, Tünzalə Ağayeva, Sevda Ələkbərzadə, Səbinə Babayeva, həmçinin tanınmış ifaçılar Natəvan Həbibi, Ceyhun Zeynalov, Murad Arif, “Qaya” və “Rast” qruplarının ifasında dinlənilən bir-birindən parlaq nəğmələr gecənin ahənginə rəngarənglik qatıb.
“Anadolu atəşi” qrupunun əsrarəngiz ifaları
tamaşaçılar tərəfindən gurultulu
alqışlarla qarşılanıb.
Mədəniyyət.-
2018.- 19 sentyabr.- S.9.