Həştərxanda IV Xəzər media forumu keçirilir

   

 

 

Sentyabrın 19-da Rusiya Federasiyasının Həştərxan şəhərində IV Xəzər media forumu işə başlayır. Həştərxan Vilayəti Hökumətinin, “Xəzər RedaksiyasıAssosiasiyasının təşkilatçılığı, RF İnkişaf, Rabitə Kütləvi Kommunikasiyalar Nazirliyinin dəstəyi ilə keçirilən forumda beş Xəzəryanı ölkəninRusiya, Azərbaycan, Qazaxıstan, Türkmənistan İranın nümayəndə heyətləri iştirak edir.

Azərbaycan nümayəndə heyətinə Prezident Administrasiyasının, müvafiq nazirliklərin, bir sıra media qurumlarının məsul əməkdaşları daxildir. Mədəniyyət NazirliyininMədəniyyətqəzetinin baş redaktoru Vüqar Əliyev forumda iştirak edir.

Xəzər media forumunun əsası 2015-ci ildə qoyulub. Ötən müddətdə forum Xəzər regionu üzrə media cəmiyyətlərinin qarşılıqlı əlaqələri, informasiya, kommunikasiya, mədəni əməkdaşlıqla bağlı dialoq, diskussiya, fikir təcrübə mübadiləsi platformasına çevrilib.

Dördüncü forumun ilk günündə plenar iclasla yanaşı, “Xəzərgələcəyin ərazisi”, “Gələcəyin mediası üçün tədris texnologiyaları”, “Xəzər əməkdaşlığı yeni mərhələdəmövzularında diskussiya panelləri keçiriləcək. Həmçinin mediaforum çərçivəsində təşkil olunanSərhədsiz Xəzərbeynəlxalq jurnalist müsabiqəsinə yekun vurulacaq. Müsabiqə beş Xəzəryanı ölkənin jurnalistləri arasında 2017-ci ilin sentyabrı - 2018-ci ilin avqust aylarında keçirilib.

Forumun növbəti iki günündə müxtəlif təqdimatlar, interaktiv panellər, görüşlər keçiriləcək, eləcə də iştirakçılar üçün Həştərxan şəhərinə ekskursiyalar təşkil olunacaq.

 

Mədəniyyət.- 2018.- 19 sentyabr.- S.10.