“Yuğ” Teatrı beynəlxalq
festivala dəvət alıb
Azərbaycan Dövlət “Yuğ” Teatrı Türkiyənin Adana şəhərində keçiriləcək beynəlxalq teatr festivalına dəvət alıb.
Teatrdan bildirilib ki, Adana Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrları Müdirliyinin oktyabrın sonu - noyabrın əvvəllərində keçirəcəyi V Şəhər Teatrları Görüşü Festivalında “Yuğ” Teatrı ölkəmizi A.P.Çexovun əsəri əsasında hazırlanmış “Təklif. Elçilik” tamaşası ilə təmsil edəcək.
Səhnə əsərinin quruluşçu rejissoru Günay Səttar, quruluşçu rəssamı Əməkdar rəssam Rəşid Şerif, bəstəkarı Əməkdar artist Vüqar Camalzadədir. Tamaşada Əməkdar artist Vidadi Həsənov, aktyorlar Zümrüd Qasımova və Elgün Həmidov çıxış edəcək.
Tamaşada ailə dəyərlərinin
əhəmiyyətindən bəhs edilir.
Hər zaman qadın-kişi münasibətlərində
ziddiyyətlər və toqquşmalar olsa da, həyatda
harmoniyanı yaradan yalnız onların
birləşməsi, bütövlüyüdür.
Digər tərəfdən, qadın-kişi mübarizəsi həyat
tərzidir, gerçəkliyin normasıdır.
Mədəniyyət.- 2018.- 19 sentyabr.-
S.11.