“İlmə əyləncəli əlifba” elektron kitabının təqdimatı
Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Solmaz Amanovanın “İlmə əyləncəli əlifba” elektron kitabının təqdimatı olub.
Yazıçılar Birliyinin katibi Rəşad Məcid Solmaz Amanovanın yaradıcılığından söz açıb. Qeyd edib ki, Solmaz Amanova “İrs” dərsliyinin, elektron kitabların, cizgi filmlərinin, nağılların müəllifidir. S.Amanovanın fəaliyyətini örnək göstərən Rəşad Məcid məktəblərdə, eləcə də rus bölməsində Azərbaycan milli irsinin, folklorunun, poeziyasının, tətbiqi sənətinin öyrənilməsinin zəruriliyini qeyd edib.
Sonra S.Amanova “İlmə əyləncəli əlifba” elektron kitabını təqdim edib. Tədbir iştirakçıları balacalara doğma əlifbanı öyrətməyə kömək edən əyləncəli oyun videoçarxını izləyiblər. Müəllif diqqətə çatdırıb ki, kitab 2017-ci ildə Moskvada kitab sərgisində ikinci yeri tutub və beş dildə nəşr olunub. Kitabın motivləri əsasında ingilis dilində cizgi filmi çəkilib.
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət
Fondunun əməkdaşı Anar Cəfərov, Xalq rəssamı,
professor Sakit Məmmədov,
videoçarxın 3D formatında lentə
alındığı “Novum”
firmasının nümayəndəsi Emin
Əsədov, Prezident yanında Bilik Fondunun icraçı
direktoru Oktay Səmədov,
F.Köçərli adına Respublika
Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova, 18 nömrəli
məktəbin direktoru Rəna Süleymanova və başqaları Azərbaycan
dilində elektron tədris
kitablarının əhəmiyyətindən bəhs ediblər.
Qeyd olunub ki, kitablar Mədəniyyət
Nazirliyi tərəfindən alınır
və müxtəlif ölkələrin kitabxana
fondlarına göndərilir.
Mədəniyyət.- 2018.- 19 sentyabr.-
S.10.