Milli Dram Teatrı yeni mövsümü “Qarabağnamə” tamaşası ilə açıb

 

 

 

Sentyabrın 15-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı 146-cı teatr mövsümünü “Qarabağnamə” tamaşası ilə açıq elan edib.

Səhnə əsərinin nümayişindən əvvəl çıxış edən xalq artistləri Hacı İsmayılov, Səidə QuliyevaRamiz Məlik teatrın insanların həyatındakı rolundan, yeni mövsümdə gözlənilən yeniliklərdən danışıblar. Qeyd olunub ki, həmişə olduğu kimi, bu mövsümdə də Akademik Milli Dram Teatrının kollektivi tamaşaçılarını yeni və bir-birindən maraqlı səhnə əsərləri ilə sevindirəcək.

Daha sonra səhnə əsəri nümayiş olunub. Xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında hazırlanan tamaşanın rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur.

Rolları xalq artistləri Firəngiz Mütəllimova, Rafiq Əzimov, Səidə Quliyeva, Əjdər Həmidov, Hacı İsmayılov, Sabir Məmmədov, Ramiz Novruz, əməkdar artistlər Kazım Abdullayev, Rövşən Kərimduxt, Elxan Quliyev, Əli Nurzadə, Məsmə Aslanqızı, Kazım Həsənquliyev, Aslan Şirin, Mirzə Ağabəyli, Pərviz Bağırov, Elşən Cəbrayılov, Anar Heybətov, həmçinin aktyorlar Əminə Babayeva, Rəşad Bəxtiyarov, Elnar Qarayev, Ləman İmanova, Elnur Qədirov və Rada Nəsibova ifa edirlər.

Tamaşanın musiqi tərtibatçısı Həmid Kazımzadə, geyim rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənovdur.

 

 

Mədəniyyət.- 2018.- 19 sentyabr.- S.11.