Naxçıvanda “İslam filmləri həftəsi”

 

 

 

Sentyabrın 24-dən 30-dək  Naxçıvan şəhərində “İslam filmləri həftəsi” keçiriləcək.

Muxtar respublikanın Mədəniyyət Nazirliyindən verilən məlumata görə, “İslam filmləri həftəsi” Naxçıvan şəhərinin 2018-ci il üçünİslam mədəniyyətinin paytaxtı” olması ilə əlaqədar təşkil edilir.

Sentyabrın 24-də tamaşaçılar rejissor Elçin MusaoğlununNabatfilminə baxacaqlar. Sentyabrın 25-də 27-də İran filmləri – “Mən məktəbə getmək istəyirəm”, “Yağış”, 26-da Özbəkistan Tacikistan kinematoqrafçılarının birgə istehsal etdiyiDahinin gəncliyi”, 28-də Türkiyə istehsalı olanUlakfilmi nümayiş etdiriləcək.

Sentyabrın 29-da kinosevərlər daha bir azərbaycanlı rejissor Samir Kərimoğlunun “Niyyət”, “İslam filmləri həftəsi”nin son günündə isə Türkiyə istehsalı olanEşqin rəqsi” sənədli filminə baxacaqlar.

 

Mədəniyyət.- 2018.- 19 sentyabr.- S.6.