İndoneziyanın memarlıq irsindən bəhs edilib

 

 

 

Sentyabrın 14-də “YARAT” Müasir İncəsənət Mərkəzində “İndoneziya İslam memarlıq irsimövzusunda forum keçirilib.

Paytaxtımızda keçirilən III İndoneziya mədəniyyəti festivalı çərçivəsində reallaşan forumda tanınmış memar Muniçi Baxron Edres bu ölkənin qeyri-adi müsəlman yaşayış məntəqəsi olan Sultan sarayı və xüsusi Yava kosmologiya və fəlsəfəsinə əsaslanan dizaynı ilə tanınan, Yava adasının ənənəvi və tarixi şəhəri olan Coqcakartanın mərkəzində yerləşən Kauman kəndi haqqında danışııb. Coqcakarta İslam Universitetinin professoru olan Muniçi Baxron Edres, həm də rəngkarlıq sənəti ilə məşğul olur.

 

Mədəniyyət.- 2018.- 19 sentyabr.- S.6.