Pantomima Teatrı 26-cı mövsümə başlayıb

 

 

 

Azərbaycan Dövlət Pantomima Teatrı 26-cı teatr mövsümünü açıq elan edib. Teatrdan bildirilib ki, sənət ocağı bu dəfə teatrsevərlərin görüşünə “İt gəzdirən xanım” səhnə əsəri ilə gəlib.

Leyla Atayevanın quruluşunda təqdim olunan tamaşada rəqslərin quruluşu Nurlan Rüstəmova, əsərin plastik həlli isə Xalq artisti Bəxtiyar Xanızadəyə məxsusdur. Tamaşada rolları Əməkdar artist Bəhruz Əhmədli, aktyorlar Nurlan Rüstəmov, Leyla Atayeva, Nuridə Musabəyli, Elxan Şahalıyev, Elnur Rzayev və Beyrək Rüstəmov canlandırıb.

Teatrın səhnəsində sentyabrın 22-də “Ağbığlılar”, 23-də isə “Underground” tamaşaları oynanılacaq. Həmçinin sentyabrın 29-da teatrın repertuarında xüsusi yer tutanQoca və Mələk”, 30-da isə “Fəlakət və İnsan” və “Mənim balığımsan” adlı tamaşalar təqdim ediləcək.

 

Mədəniyyət.- 2018.- 19 sentyabr.- S.11.