Lyubov Uspenskayanın
yaradıcılıq gecəsi Rusiyanın Birinci
kanalında
Rusiya Televiziyasının Birinci kanalı Bakıda keçirilmiş “Jara-2018” Beynəlxalq Musiqi Festivalı çərçivəsində Lyubov Uspenskayanın yaradıcılıq gecəsini yayımlayıb.
Tamaşaçılar Lyubov Uspenskayanın solo ifalarını, onun İntars Busulis, Soso Pavliaşvili, Leonid Aqutin və başqaları ilə duetlərini izləmək imkanı qazanıblar. Yaradıcılıq gecəsində, həmçinin Emin, Slava, Anjelika Varum, Qriqori Leps və başqaları iştirak ediblər.
Qeyd edək ki, iyulun 26-dan 29-dək Bakıdakı “Sea Breeze Resort” istirahət mərkəzində keçirilmiş festivalda 75 ifaçı, eləcə də 1200-dən çox musiqiçi iştirak edib. Festival dörd gün ərzində şəhərin mədəni həyatına özünəməxsus hərarət, coşqunluq gətirib. Bu musiqi bayramında həm yaşlılar, həm də gənclər öz zövqlərinə uyğun ifaları dinləmək imkanı qazanıblar.
Festivalın təşkilatçıları
müğənni və bəstəkar, Azərbaycanın Xalq artisti Emin
Ağalarov, Rusiyanın Əməkdar artisti Qriqori Leps, “Russkoye radio”nun və
“Qızıl qrammofon”
mükafatının təsisçisi Sergey
Kojevnikovdur.
Mədəniyyət.- 2018.- 21 sentyabr.-
S.16.