Gənc rəssamın əsərləri Fransada
İstedadlı gənc rəssam Məryəm Ələkbərlinin əsərləri Fransanın Sen-Trope şəhərində sərgilənəcək. Şəhərin “Galerie JLM” qalereyasında rəssamın beş əsəri təqdim olunacaq.
“Voiles de Saint-Tropez” yelkənli qayıq yarışlarını izləmək üçün dünyanın müxtəlif ölkələrindən Fransaya gələcək səyyahlar oktyabrın 4-də Məryəm Ələkbərlinin vernisajında iştirak etmək və onun əsərləri ilə tanış olmaq imkanı qazanacaqlar.
Əsərləri dünyanın
bir çox ölkələrində
nümayiş olunmuş,
Jerar Depardye, Maykl Duqlas, Con
Travolta kimi böyük kolleksiyaçıların qəlbini
fəth etmiş gənc azərbaycanlı
rəssamın əl işləri bu ilin dekabrında ABŞ-da
keçiriləcək “Aqua alArt Basel de
Miami” sərgisində də nümayiş olunacaq.
Mədəniyyət.- 2018.- 21 sentyabr.-
S.7.