Üzeyir bəyin ənənələri yaşadılır

 

 

 

C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Milli musiqi günü münasibətilə mərasim keçirilib.

Mərasimdə muxtar respublikanın mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək ümummilli lider Heydər Əliyevin mədəniyyətimizə qayğısından danışıb. Qeyd edib ki, ulu öndərin himayəsi ilə ölkəmizdə musiqi mədəniyyətinin inkişaf dinamikası sürətlənib, Azərbaycan bəstəkarlarının beynəlxalq əlaqələri genişlənib, respublikada müsabiqələr, nəzəri konfranslar, müəllif gecələri, mahnı bayramları təşkil olunaraq gənc nəslin musiqi-estetik tərbiyəsinə böyük diqqət yetirilib. Bu gün ölkəmizdə musiqinin inkişafı Prezident İlham Əliyevin diqqət mərkəzindədir və milli musiqi ənənələrimiz yaşadılır.

Vurğulanıb ki, muxtar respublikada milli musiqinin inkişafına hərtərəfli dövlət qayğısı göstərilir. Naxçıvan şəhərində, rayon mərkəzlərində yeni musiqi məktəbləri inşa olunaraq istifadəyə verilib.

Sonra konsert proqramı təqdim edilib. Naxçıvan Dövlət Filarmoniyasının Simfonik orkestrinin ifasında Üzeyir HacıbəylininArşın mal alanoperettasından, Fikrət ƏmirovunAzərbaycansüitasından musiqilər səslənib. Azərbaycan Respublikasının əməkdar artistləri Gülyanaq Fərzəliyevanın, Tural Nəcəfovun, Mübariz Əsgərovun, muxtar respublikanın Əməkdar artisti Azər Cəfərlinin, gənc müğənni Rahim Əsgərzadənin ifalarında Azərbaycan bəstəkarlarının əsərlərindən ariya mahnılar alqışlarla qarşılanıb. Xalq artisti Əzizağa Məmmədov Azərbaycanın Əməkdar artisti Vilayət İsmayılov xalq mahnılarını səsləndiriblər.

Bu il yaradılan simfonik orkestr Avropa bəstəkarlarının da musiqilərini təqdim edib. KonsertOdlar yurdu” rəqsinin ifası ilə başa çatıb.

 

Mədəniyyət.- 2018.- 21 sentyabr.- S.10.