Kukla Teatrı “Xəzərin sahili” festivalında
Abdulla Şaiq adına
Azərbaycan Dövlət
Kukla Teatrı sentyabrın 22-dən 24-dək Rusiyanın
Həştərxan vilayətində
keçiriləcək “Xəzərin
sahili” (“Kaspiyskiy bereq”) VI Beynəlxalq Teatr Festivalında iştirak edəcək.
Teatrdan bildirilib
ki, Mədəniyyət
Nazirliyinin dəstəyi
ilə ölkəmizi
festivalda teatrın direktoru, Əməkdar mədəniyyət işçisi
Rəşad Əhmədzadənin
rəhbərlik etdiyi yaradıcı qrup təmsil edəcək.
Kollektiv festivalda repertuarın yeni nümunəsi olan “Üç cəsur” tamaşaçı
ilə çıxış
edəcək. Mirmehdi Seyidzadənin “Cırtdan”
mənzum pyesinin motivləri əsasında
Rəhman Əlizadənin
səhnələşdirdiyi tamaşanın quruluşçu
rejissoru və rus dilinə tərcümə edəni
Qurban Məsimov, quruluşçu rəssamı
Rəvanə Yaqubova, bəstəkarı Oqtay Zülfüqarovdur.
Tamaşada rolları Rauf Babayev, Afət Ağayeva, Lina Məmmədova,
Elmira Hüseynova, Adil Dəmirov və başqaları ifa edirlər.
Mədəniyyət.- 2018.- 21 sentyabr.-
S.9.