Baba Nemətullah Naxçıvani və orta əsrlər İslam mədəniyyəti”

 

 

 

AMEA-nın Naxçıvan Bölməsində “Baba Nemətullah Naxçıvani və orta əsrlər İslam mədəniyyəti” mövzusunda elmi konfrans keçirilib.

Bölmənin sədri, akademik İsmayıl Hacıyev sufi şeyxlərindən olan Baba Nemətullah Naxçıvaninin həyat və yaradıcılığından söz açıb. Bildirib ki, görkəmli alim həyatının çox hissəsini Naxçıvanda, sonralar isə Təbrizdə və Türkiyənin Konya vilayətinin Ağşəhər qəsəbəsində yaşayıb. Konya valiliyinin təşəbbüsü ilə Ağşəhərdəki məktəbə onun adı verilib.

Vurğulanıb ki, Nemətullah Naxçıvaninin heç bir ədəbiyyatdan istifadə etməyərək yazdığı “Quran” təfsir kitabı (“Əl-Fəvatihül İlahiyyə vəl Məfatihül Qeybiyyə”) üç cilddən ibarətdir. İlk cilddə 13, ikinci cilddə 20, üçüncü cilddə isə 81 surənin təfsiri və şərhi yer alıb. Əsərin orijinalı İstanbulda Topqapı Sarayı III Əhməd Xan Kitabxanasında mühafizə olunur.

Məlumat verilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun tapşırığı ilə sözügedən əsərin üç cildi cari ildə filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılova tərəfindən tərcümə edilib.

Tədbirdə AMEA-nın müxbir üzvləri, bölmənin Tarix, EtnoqrafiyaArxeologiya İnstitutunun direktoru Fəxrəddin Səfərlinin, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru Əbülfəz Quliyevin, həmin institutun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov və başqalarının məruzələri dinlənilib.

 

Mədəniyyət.- 2018.- 21 sentyabr.- S.12.