“New Life Brass” kvintetinin konserti maraqla qarşılanıb
Sentyabrın 19-da Üzeyir Hacıbəyli
X Beynəlxalq Musiqi Festivalı çərçivəsində
Beynəlxalq Muğam Mərkəzində Rusiyanın
T.Dokşitser adına “New Life Brass” kvintetinin
konserti keçirildi.
Konsert proqramında
V.A.Motsartın “Türk
marşı”, A.Şarpantyenin
“Te deum” prelüdü,
S.Şeydtin “Hərbi kansona”, İ.S.Baxın “Kiçik fuqa, g-moll”, C.Puççininin “Turandot”
operasından Kalafın
ariyası və digər əsərlər
səsləndirildi.
Konsertin
solistləri Yevgeni Quryev (truba), Maksim Ştoda (truba), Vladimir Mezentsev (valtorna), Ramil Axmadulin (trombon) və Maksim Makuşev (tuba) idi.
Qeyd edək
ki, dünya şöhrətli “New Life Brass” kvinteti nəfəsli alətlərdən ibarətdir. 2009-cu ildə
Qnesinlər adına
Rusiya Musiqi Akademiyasının tələbələri
tərəfindən yaradılmış
kvintet müxtəlif beynəlxalq müsabiqələr
və festivallarda iştirak edir. Musiqiçilərin repertuarında klassik
və caz janrlarında əsərlər
yer alır.
Tamaşaçılar kvintetin çıxışını
böyük maraqla qarşıladılar.
FARİZ
Mədəniyyət.- 2018.- 21 sentyabr.-
S.3.