“Zirvəyə
doğru” – festivalın
daha bir konserti
Heydər
Əliyev Fondu və Mədəniyyət
Nazirliyinin təşkilatçılığı
ilə bu il 10-cu dəfə
keçirilən Üzeyir
Hacıbəyli Beynəlxalq
Musiqi Festivalı maraqlı konsert proqramları və musiqi layihələri ilə davam edir.
Festival çərçivəsində
sentyabrın 20-də Beynəlxalq
Muğam Mərkəzində
“Zirvəyə doğru”
adlı kamera musiqisi konserti keçirildi.
Gecədə gənc solistlər Zülfiyyə Sadıqova
(piano) və Azər Dəmirovun (violin) ifaları
təqdim olundu.
Konsert proqramında İ.Bramsın
sonataları, F.Listin 2
saylı konsert etüdü, Murad Kajlayevin fortepiano üçün
prelüdləri, Qara Qarayevin “Yeddi gözəl” baletindən
“Adagio” və Fikrət
Əmirovun “Muğam poema” əsərləri səsləndirildi.
Gənc ifaçıların hər
bir çıxışı
alqışlarla qarşılandı.
LALƏ
Mədəniyyət.- 2018.- 21 sentyabr.-
S.3.