Daşkənddəki Dövlət Satira Teatrı yeni mövsümə “Arşın mal alanla başlayıb

 

 

 

Özbəkistan Dövlət Satira Teatrı yeni mövsümə Üzeyir Hacıbəylinin məşhur “Arşın mal alanmusiqili komediyası ilə start verib.

Didor” teatr-studiyası ilə birgə hazırlanan tamaşanın quruluşçu rejissoru Özbəkistanın Xalq artisti Bahadur Yuldaşevdir. Əsas rolları Yusif Fayziev, Nərgiz Eltoeva, Lola Rəcəbova, Bekzad Şaymatov və başqaları ifa ediblər. Əsərin musiqi tərtibatçısı isə Özbəkistanda tanınan saz ifaçısı, soydaşımız İlham Abdullayevdir.

Xatırladaq ki, “Arşın mal alanilk dəfə Özbəkistanda 1919-cu ildə Daşkənddəki “Kolizey” teatrında tamaşaya qoyulub. Həmin il Bakıdan gələn rejissor Mirzə Həbib Axundzadə Səmərqənddə yaşayan azərbaycanlılardan ibarət teatr truppası yaradıb və əsər bu qədim şəhərdə səhnələşdirilib.

1921-ci ildə bu əsərə Buxarada səhnə həyatı verilib. 1922-ci ildə isə Daşkəndin “Raxat bağçası” teatrında Sidqi Ruhullanın rəhbərliyi ilə Azərbaycandan gələn aktyorlar bu əsəri təqdim edib. Sonrakı illərdə “Arşın mal alan” dəfələrlə Daşkənd, Fərqanə, Buxara, Kokand, Xarəzm, Səmərqənd şəhərlərində tamaşaçılara təqdim olunub.

Bir neçə il əvvəl isə Daşkənddəki Operetta Teatrı “Arşın mal alan”ı rus dilində tamaşaya qoymuşdu.

Qeyd edək ki, musiqili komediya 76 ölkənin 187 teatrında səhnələşdirilib. 1945-ci ildə çəkilən “Arşın mal alanfilmi isə 100-dən çox ölkədə nümayiş olunub.

 

Mədəniyyət.- 2018.- 21 sentyabr.- S.9.