“Qu gölü”
baleti azərbaycanlı xoreoqrafın quruluşunda
Sentyabrın 27-də Sankt-Peterburq Dövlət Akademik Mariinsk Teatrının Primorsk səhnəsində P.Çaykovskinin “Qu gölü” baleti nümayiş etdiriləcək.
Teatrın saytında yer alan xəbərə görə səhnə əsəri azərbaycanlı baletmeyster Eldar Əliyevin xoreoqrafik adaptasiyasında təqdim olunacaq. Baletin xoreoqrafiyası Marius Petipa və Lev İvanova, 1950-ci ildə redaktəsi Konstantin Sergeyevə məxsusdur.
Balet Eldar Əliyevin xoreoqrafik adaptasiyasında Primorsk səhnəsində ilk dəfə 2015-ci il yanvarın 23-də qoyulub. Baletin budəfəki nümayişi Marius Petipanın anadan olmasının 200 illik yubileyinə həsr ediləcək.
Bildirək ki, Bakıda dünyaya göz açan Eldar Əliyev burada Xoreoqrafiya məktəbini
bitirib. 1979-1992-ci illərdə Mariinsk teatrının aparıcı solisti olub. Sonralar ABŞ-ın “Ballet Internationale” truppasına rəhbərlik edib. Praqa, Seul, Nyu-York
və Pekində keçirilən beynəlxalq
balet müsabiqələrinin
münsiflər heyətində
təmsil olunub. Sənətkar 2016-cı ildə Dövlət Akademik Mariinsk Teatrı Primorsk səhnəsinin baş baletmeysteri təyin edilib. O,
həmçinin Çinin Şenyan
Dövlət Konservatoriyasının fəxri professorudur.
Mədəniyyət.- 2018.- 21 sentyabr.-
S.9.