“Əsarətdən cəsarətə” - sağlam gələcəyə
çağırış
Azərbaycan Dövlət Musiqili Teatrında ssenarisi və quruluşu teatrın əməkdaşı Sevda Məmmədovaya məxsus “Əsarətdən cəsarətə” adlı yeni səhnə əsərinə ictimai baxış olub.
Tamaşanın süjet xəttində cəmiyyətdə insanların səhhətinə, psixoloji durumuna, sosial-iqtisadi vəziyyətinə neqativ təsir edən, cinayətlərin ilbəil artmasına gətirib çıxaran narkomaniyanın törətdiyi fəsadların bir gənc ailənin faciəsinə necə yol açdığı göstərilir.
Tamaşa Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və “Cəzaçəkmiş qadınların cəmiyyətə qayıdışı” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən müsabiqədə qalib gəlib, Quba və Qusar rayonlarında gənclər üçün nümayiş olunub.
Teatrın ədəbi hissə müdiri,
sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəfa Mühacirova
səhnə əsərinin nümayişindən sonra yaradıcı heyət və tamaşa barədə fikirlərini bildirib: “Tamaşanın mövzusu
çox aktualdır. Cəmiyyətin bəlası
olan narkomaniyaya
qarşı hamımız birgə mübarizə
aparmalıyıq. Ən yaxşı üsullardan
biri də yeniyetmə və gənclər
arasında maariflənmə işləridir. Bu
tamaşa orta məktəblərin
yuxarı sinif şagirdləri və gənclər
üçün nəzərdə tutulan ən effektli təbliğat
vasitəsi ola bilər. Qoy
gənclərimiz bu bəladan uzaq olsun, sağlam
yaşasınlar. Əgər uçurumun
kənarındadırlarsa, geri çəkilsinlər.
Tamaşadan alınan nəticə budur”.
Mədəniyyət.- 2018.- 21 sentyabr.-
S.8.