Bişkekdə türkdilli
ölkələrdə kino və animasiya ilə bağlı seminar
keçirilib
Qırğızıstanın paytaxtı Bişkekdə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) sosial, mədəni və humanitar məsələlər komissiyasının 6-cı iclası çərçivəsində “Türkdilli ölkələrdə kino və animasiya: qanunvericilik və praktika” mövzusunda seminar keçirilib.
Tədbirdə TürkPA-nın üzvü olan ölkələrdən kinorejissorlar, milli film studiyalarının nümayəndələri, animator və kino analitikləri iştirak ediblər.
Ölkəmizi seminarda rejissor, ssenarist Mirbala Səlimli və rejissor, animator Mənsur Şəfiyev təmsil ediblər.
Tədbiri Qırğızıstan parlamentinin
(Joqorku Keneş) deputatı, Sosial, mədəni və humanitar məsələlər
komissiyasının sədri
Sadık Şer-Niyaz açaraq türkdilli ölkələrin kinematoqrafçıları
qarşısında duran
vəzifələrdən, son illərdə bu ölkələrdə animasiya
filmlərinin çəkilişindən,
bu istiqamətdə mövcud olan problemlərdən danışıb. “Biz öz
tariximizi, mədəniyyətimizi,
incəsənətimizi animasiya
dili ilə uşaqlarımıza çatdırmalıyıq”,
- deyə deputat vurğulayıb.
Mirbala Səlimli ölkəmizin kino tarixi haqqında
məlumat verərək
bildirib ki, bu il avqustun 2-də Azərbaycan
kinosunun 120 illiyi qeyd edilib. Bu
sahəyə göstərilən
dövlət qayğısından
danışan M.Səlimli
deyib ki, “Azərbaycan kinosunun
2008-2018-ci illər üzrə
inkişafına dair” Dövlət Proqramı bu istiqamətdə mühüm sənəddir,
bununla əlaqədar böyük işlər görülüb və bu istiqamətdə fəaliyyət davam edir.
Mənsur Şəfiyev animasiya filmləri sahəsində
görülən işlər
haqqında məlumat verib. Bildirib ki, 1969-cu ildə
Azərbaycanda “Cırtdan”
nağılı əsasında
eyniadlı cizgi filmi çəkilib.
O vaxtdan bəri ölkəmizdə cizgi filmlərinin çəkilişi
davam etdirilir və bu sahədə
müəyyən uğurlar
qazanılıb. Son vaxtlar Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə” nağılı
əsasında çəkilən
cizgi filmi dünya miqyasında nümayiş etdirilib.
Sonra cizgi filmlərindən fraqmentlər
göstərilib.
Qazaxıstan, Qırğızıstan və
Türkiyə kinematoqrafçıları da
öz ölkələrində
sözügedən sahədə həyata keçirilən
layihələrdən danışıblar.
Mədəniyyət.- 2018.- 21 sentyabr.-
S.11.