Yaradanlaryaşadanlar

 

 

Layihənin növbəti konserti Milli musiqi gününə həsr olunub

 

Sentyabrın 18-də Beynəlxalq Muğam Mərkəzi və “Mədəniyyət” kanalının “Yaradanlar və yaşadanlar” adlı birgə layihəsinin növbəti konserti keçirilib. Milli musiqi günü münasibətilə Muğam Mərkəzində təşkil edilən konsert görkəmli xanəndə, Xalq artisti mərhum Hacıbaba Hüseynovun yaradıcılığına həsr olunub.

Gecədə xalq artistləri Səkinə İsmayılova “Şur-şahnaz” təsnifini, Teyyub Aslanov  Çoban qızı”, “Dilbərim” xalq mahnısını, Əməkdar artist Ehtiram HüseynovRast” və “Şur” təsniflərini ifa ediblər. Xanəndələri Xalq artisti Ağacəbrayıl Abasəliyevin bədii rəhbərliyi ilə “Səadət” instrumental ansamblı müşayiət edib.

Konsertin aparıcısı Əməkdar artist Rəşad İlyasov, kaman ifaçısı, Əməkdar artist Mirnazim Əsədullayev tamaşaçılara Hacıbaba Hüseynovun həyat və yaradıcılığı haqqında məlumat verib. Ustad xanəndənin ailə üzvləri xatirələrini bölüşüb, musiqi gecəsinin təşkilatçılarına minnətdarlıqlarını ifadə ediblər.

 

L.AZƏRİ

 

Mədəniyyət.- 2018.- 21 sentyabr.- S.7.