“Balaban simfoniyası”
Tanınmış musiqiçi
yeni layihəsini təqdim edəcək
Türkiyədə
yaşayan tanınmış balaban ifaçısı, Azərbaycanın
Xalq artisti Əlixan Səmədov bu qədim musiqi alətimizlə
bağlı yeni layihə hazırlayıb.
Bu barədə qəzetimizə məlumat verən musiqiçi bildirdi ki, noyabrın 23-də Türkiyənin Adana, dekabrın 14-də isə İzmir şəhərlərində müəllifi olduğu “Balaban simfoniyası” layihəsi təqdim olunacaq. 30 dəqiqə və 3 hissədən ibarət olan əsərin müəllifi bəstəkar İlyas Mirzəyevdir.
Əlixan Səmədov qeyd etdi ki, görkəmli bəstəkarlarımız Azərbaycanın musiqi mədəniyyəti tarixinə mühüm töhfələr veriblər: “Biz də çalışırıq onların yolunu davam etdirək və az da olsa, mədəniyyətimizə xidmət edək. İnanıram ki, bu konsert mədəniyyət tariximizdə əlamətdar hadisə olacaq”.
LALƏ
Mədəniyyət.- 2018.- 21 sentyabr.-
S.7.