Mixail Şvıdkoy 70 illiyini “Həyat gözəldir” deyə qeyd edib
Yubilyara “Azərbaycan Respublikası
Prezidentinin fəxri diplomu” təqdim olunub
Moskva Müzikl Teatrında bu sənət ocağının bədii
rəhbəri, Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq
üzrə xüsusi nümayəndəsi Mixail
Şvıdkoyun 70 illiyinə
həsr edilmiş “Həyat gözəldir” adlı yeni tamaşa təqdim edilib.
Yubiley gecəsində
Azərbaycan Respublikasının
mədəniyyət naziri
Əbülfəs Qarayev
və ölkəmizin
Rusiyadakı səfiri
Polad Bülbüloğlu
iştirak ediblər.
P.Bülbüloğlu gecəyə toplaşanlar
qarşısında çıxış
edərək M.Şvıdkoyu
yubileyi münasibətilə
təbrik edib. O, deyib:
“Mən bu qənaətə gəlmişəm
ki, bu gün
artıq Mixail Yefimoviç kimi insanlar doğulmur. O, əsl dostdur – çox səmimi, çox həssas və çox sədaqətli. Onu da bilirəm
ki, Mixail Yefimoviç məni məzəmmət edəcək,
çünki o, mənə
dəfələrlə xəbərdarlıq
etmişdi ki, heç bir təbrik və rəsmi nitqlər lazım deyil. Lakin mən öz Prezidentim İlham Əliyevin tapşırığını
yerinə yetirməyə
borcluyam. Səmimi desəm,
bu tapşırıq mənim üçün Mixail Yefimoviçin sözlərindən qat-qat
artıq məsuliyyət
deməkdir”.
Səfir və Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev “Azərbaycan Respublikası
Prezidentinin fəxri diplomu”nu Mixail Şvıdkoya təqdim edib.
Qeyd edək ki, Prezident
İlham Əliyev sentyabrın 19-da Mixail Şvıdkoyun iki
ölkə arasında mədəni əlaqələrin
inkişafında səmərəli fəaliyyətinə
görə “Azərbaycan Respublikası Prezidentinin
fəxri diplomu” ilə təltif edilməsi
barədə sərəncam imzalayıb.
Mədəniyyət.- 2018.- 26 sentyabr.-
S.5.