“Məhəbbət tanqosu

   

 

 

Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının səhnəsində Astor Pyatsollanın musiqisi əsasında birpərdəli “Məhəbbət tanqosubaleti nümayiş etdirilib.

Tamaşanın quruluşçu baletmeysteri Rusiyanın Xalq artisti Liliya Sabitova, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi Yusif Babayev, geyim üzrə rəssam Nəzakət Əhmədova, konsertmeyster Züleyxa Usubovadır. Baş rolları teatrın solistləri Anar Mikayılov və Cəmilə Kərimova ifa ediblər.

Astor Pyatsolla XX əsrin ikinci yarısında yaşayıb-yaratmış Argentina musiqiçisi və bəstəkarıdır. Onun əsərləri sayəsində tanqo janrı zənginləşib, cazklassik musiqi elementləri ilə müasir tərzdə təqdim edilib.

 

Mədəniyyət.- 2018.- 26 sentyabr.- S.6.