Qətərin mədəniyyət şəhərciyi
Azərbaycanla bağlı tədbirlərə ev
sahibliyi edə bilər
Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılov bu ölkənin Katara mədəniyyət şəhərciyinin rəhbəri Xalid Al Sulaiti ilə görüşüb. Görüşdə ölkələrimiz arasında mədəni əlaqələrin perspektivləri, Doha şəhərində Azərbaycan mədəniyyət günlərinin, sərgilərin, muğam gecələrinin təşkili imkanları müzakirə edilib.
Xalid Al Sulaiti mədəniyyət şəhərciyində keçirilən tədbirlər haqqında ətraflı məlumat verib, xüsusən də Azərbaycan mədəniyyət günlərinin təşkilinə lazımi dəstəyin göstərilməsinə hər zaman hazır olduqlarını qeyd edib.
Bildirilib ki, teatr və konsert zalları, amfiteatr, sərgi mərkəzləri, musiqi akademiyası və incəsənət mərkəzləri, ticarət və ictimai iaşə obyektləri və istirahət yerlərinin olduğu şəhərcik Qətərin ən çox turist cəlb edən məkanıdır.
Görüşdə
xalqımızın mədəniyyəti və incəsənəti
barədə məlumat verən səfir Azərbaycan musiqisi, muğamı və milli
yeməkləri haqqında buklet və digər
təbliğat materiallarını Xalid Al Sulaitiyə təqdim edib.
Mədəniyyət.- 2018.- 26 sentyabr.-
S.5.