Milli Dram Teatrında “Sinif yoldaşları”nın premyerası
Premyerada
iştirak edən rusiyalı müəllif Azərbaycan teatrları ilə əməkdaşlıqdan
məmnunluğunu bildirib
Sentyabrın 23-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tanınmış
rus yazıçı-dramaturqu
Yuri Polyakovun “Sinif yoldaşları” əsəri
əsasında səhnələşdirilmiş
tamaşasının premyerası
olub. Teatrın mətbuat
xidmətindən verilən
məlumata görə,
premyerada Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Humanitar siyasət məsələləri
şöbəsinin müdiri
Fərəh Əliyeva,
mədəniyyət naziri
Əbülfəs Qarayev,
nazirin birinci müavini Vaqif Əliyev, Rusiyanın ölkəmizdəki səfiri
Mixail Boçarnikov, eləcə də əsərin müəllifi
Y.Polyakov, mədəniyyət,
elm xadimləri iştirak
ediblər.
Melodram janrında hazırlanan tamaşanın müəllifi,
quruluşçu rejissoru
və rəssamı Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azərpaşa Nemətov, rejissoru Anar Sadıqov, bəstəkarı Xalq artisti Siyavuş Kərimi, rejissor assistenti Ceyran Həsənlidir.
Rolları xalq artistləri
Ramiz Novruz, Cəfər Namiq Kamal, Səidə Quliyeva, əməkdar artistlər Sənubər İsgəndərli, Şəlalə
Şahvələdqızı, Rövşən Kərimduxt,
Füzuli Hüseynov, aktyorlar Mətləb Abdullayev, İlahə Həsənova, Rüstəm
Rüstəmov, Vüsal
Mustafayev, Ziya Ağa, Vüsal Məmmədov, Mehman Fətullayev ifa edirlər. Əsəri Azərbaycan dilinə
yazıçı Etimad
Başkeçid tərcümə
edib.
Tamaşa
sinif yoldaşlarının
20 il sonrakı
görüşü, yaxud
insan mənəviyyatının
deqradasiyası haqqındadır.
Həyatın müxtəlif imtahanlarından
çıxan sinif yoldaşları müharibə
əlili İvanın
ad günündə təkcə
sosial vəziyyətlərindəki
böhranı göstərmir,
eyni zamanda mənəvi simalarını
hansı şəkildə
itirdiklərini də tamaşaçıya nümayiş
etdirirlər.
Səhnə əsəri alqışlarla
qarşılanıb. “Sinif yoldaşları” tamaşası eyni zamanda Rusiya-Azərbaycan teatr əlaqələrində
növbəti uğurlu
addımdır.
Qeyd edək ki, Yuri Polyakov “Əmrə yüz gün qalmış”, “Rayon miqyaslı
fövqəladə vəziyyət”,
“Süddə çəpiş”
və digər əsərlərilə məşhurlaşıb.
Əsərləri əsasında
iyirmiyə yaxın bədii film çəkilib,
pyesləri Rusiyada və xaricdə bir çox teatrlarda səhnəyə
qoyulub. Yazıçı-dramaturq
“N.Qoqol” və “İ.Bunin” adına ədəbiyyat mükafatlarına
layiq görülüb,
“Literaturnaya qazeta”nın baş redaktoru, Rusiya Dramaturqlar Gildiyasının
sədridir.
* * *
Bakıda
səfərdə olan
rus yazıçı-dramaturq
Yuri Polyakov və ailə üzvləri, o cümlədən Akademik Milli Dram Teatrının kollektivi Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin
qurucusu, ümummilli lider Heydər Əliyevin məzarını
ziyarət ediblər. Qonaqlar və teatrın kollektivi tərəfindən
Şəhidlər xiyabanı
da ziyarət olunub.
* * *
Sentyabrın 24-də Azərbaycan Dillər Universitetində (ADU) rus yazıçısı, dramaturq,
ssenarist və ictimai xadim Yuri Polyakovla görüş keçirilib.
ADU-nun rektoru, yazıçı-dramaturq,
akademik Kamal Abdulla qonağı salamlayaraq onu Akademik Milli
Dram Teatrındakı uğurlu
premyera münasibətilə
təbrik edib.
Qonaq Azərbaycana
səfərindən məmnun
olduğunu bildirib, premyera barədə təəssüratlarını bölüşüb, teatrın
yaradıcı heyətinə,
eləcə də əsəri Azərbaycan dilinə tərcümə
etmiş Etimad Başkeçidə minnətdarlığını
bildirib. O, həmçinin
“Xalam-bundu” əsərinin
2016-cı ildə Azərbaycan
Dövlət Rus Dram Teatrının baş rejissoru Aleksandr Şarovskinin quruluşunda
tamaşaya qoyulduğunu
və əsərin böyük uğur qazandığını qeyd
edib.
Y.Polyakov özünün
ən populyar əsərlərindən olan “Süddə çəpiş”
romanının Bakı Slavyan Universitetində
təqdimatı zamanı həmin ali məktəbdə
olması barədə xatirələrini də bölüşüb.
Qeyd edib ki, roman on
dilə, o cümlədən Azərbaycan
dilinə tərcümə edilib, əsər
əsasında film çəkilib.
Mədəniyyət.- 2018.- 26 sentyabr.-
S.7.